Çağrı Mərkəzi: 960
Əqli mülkiyyət və texnologiyaların transferi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Əqli mülkiyyət və texnologiyaların transferi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində Böyük Britaniyanın əqli mülkiyyət və texnologiyaların transferi üzrə eksperti xanım Lisa Kovey ilə görüş keçirilib.

Qonağı salamlayan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əqli mülkiyyət sahəsində geniş islahatların keçirildiyi barədə məlumat verib. O, Əqli Mülkiyyət Agentliyinin və Təhsil Nazirliyinin Ümümdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə həyata keçirdikləri “Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üzrə Milli Layihə” çərçivəsində görülən işlər, o cümlədən əqli mülkiyyətin kommersiyalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, 2018-ci ildən Agentliyin Aparatında Texnologiya transferi və kommersiyalaşmaya dəstək şöbəsinin yaradıldığını bildirib.

Qəbul üçün təşəkkürünü bildirən xanım Lisa Kovey ölkəmizin əqli mülkiyyət sahəsində əldə etdiyi uğurların şahidi olduğunu nəzərə çatdırıb, Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq etmək və gələcəkdə texnologiyaların transferi və kommersiyalaşdırılması sahəsində birgə layihələrin icra olunmasının mümkünlüyünü vurğulayıb. O, eyni zamanda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanovun müəllifi olduğu kitablar ilə tanış olub.

Görüşdə Agentliyin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdir müavini Elnur Məmmədli və həmin şöbənin aparıcı məsləhətçisi Simuzər Abdullayeva da iştirak ediblər.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×