Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Əqli Mülkiyyət Agentliyində dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Əqli Mülkiyyət Agentliyində dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycanda dövlət qulluğu sisteminin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək Ulu Öndər tərəfindən dövlət idarəetmə sistemində başlanılan islahatların əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyev tərəfindən bu islahatların uğurla davam etdirildiyini və ölkəmizdə beynəlxalq standartlara uyğun müasir dövlət idarəetmə sisteminin qurulduğunu bildirib.

Agentliyin rəhbəri “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilən dövlət qulluqçuları arasında Əqli Mülkiyyət Agentliyinin 3 əməkdaşının da olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər bu günün əhəmiyyətini vurğulayıb, dövlət başçısının yüksək diqqət və qayğısına görə təşəkkürlərini bildiriblər.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilir.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×