Çağrı Mərkəzi: 960
​Əqli Mülkiyyət Agentliyində əmtəə nişanları və coğrafi göstəricilər mövzusunda təlim keçirilib

​Əqli Mülkiyyət Agentliyində əmtəə nişanları və coğrafi göstəricilər mövzusunda təlim keçirilib

Əqli Mülkiyyət Agentliyi ölkəmizdə əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması, əqli mülkiyyət sahəsində maarifləndirmə və məlumatlılığın yüksəldilməsi, əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun artırılması, ali təhsil və elmi tədqiqat müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşmasına dəstək göstərilməsi məqsədilə ictimaiyyətin müxtəlif kateqoriyadan olan nümayəndələri üçün mütəmadi olaraq tədbirlər keçirir.

Cari ilin 5-9 oktyabr tarixlərində Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində Agentliyin gənc əməkdaşları üçün peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təlimlər təşkil olunub.

Tədbir zamanı “Əmtəə nişanları üzrə axtarışın aparılma qaydaları, imtina haqqında bildirişlərinin yazılış qaydası”, “Coğrafi göstərici anlayışı nədir?”, “Coğrafİ göstəricilərin qeydİyyat proseduru və hüquqlar” və digər mövzularda təqdimatlar dinlənilib. Təlim prosesində gənc əməkdaşların peşəkar bacarıq səviyyələrinin artırılması məqsədilə layihə qrupu metodu və mentorluq metodundan istifadə edilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Bu növ istiqamətverici və maarifləndirici təlimlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barədə daxil olmuş iddia sənədlərinin ekspertizasını apararaq patent və şəhadətnamə verilməsi üçün ekspert rəyini hazırlayan, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin ekspertizası sahəsində digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirən, müvafiq məlumatların dərci üçün tələb olunan sənədləri hazırlayan, patent müvəkkillərinin attestasiyasının aparılmasında, habelə əqli mülkiyyət sahəsində maarifləndirilmə və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında iştirak edən Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan publik hüquqi şəxsdir.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×