Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

Əqli Mülkiyyət Agentliyi tərəfindən elan olunan “Əqli Mülkiyyət Aylığı” çərçivəsində “Azərbaycan Respublikasında ixtiraçılıq və patent analitikası” mövzusunda növbəti təlim keçirilib.

Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinin İxtira, faydalı model və sənaye nümunəsinin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova Azərbaycanda ixtiraçılıq və patent analitikası, patent tədqiqatları, patent landşaftı və patent təmizliyi, beynəlxalq iddia sənədlərinin verilməsi, mahiyyət üzrə ekspertizanın aparılması və axtarışın aparılması qaydaları, qurğu obyektinə dair ixtira və faydalı modelin düsturunun yoxlanılması ilə bağlı xüsusi halların araşdırılması mövzularında tədbir iştirakçılarını məlumatlandırıb və onların suallarını cavablandırıb.

Təlim iştirakçılarına həmçinin “Patent haqqında” Azərbaycan Respublikasının Qanununun, Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 478 nömrəli qərarı ilə təsdiq edilmiş "İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması qaydası"nın və Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının tələbləri barədə geniş məlumatlar verildi. Eyni zamanda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Azərbaycanda ixtiraçılıq və patent analitikası”, əqli mülkiyyət üzrə tanınmış mütəxəssislərdən Y.Kupçovanın “Patent araşdırmaları”, V.Şvedovanın “Patent-informasiya tədqiqatlarının aparılması praktikası”, N.Popovun “Patent analitikasının əsasları” kitablarından daha dolğun bilgilər əldə edə biləcəkləri vurğulandı.

Təlimdə Agentliyin struktur bölmələrinin, tabeliyində olan qurumlarının əməkdaşları və elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.

Xatırladırıq ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən aprel ayı “Əqli Mülkiyyət Aylığı” elan edilib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×