Əqli Mülkiyyət Agentliyində sertifikatların növbəti təqdimatı
“Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilən “Əmtəə nişanlarına, cografi göstəricilərə və geniş tanınmış əmtəə nişanlarına dair hüquqlar” mövzusunda təlim kursu başa çatıb.
Həmin təlimdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti“-nin 6 əməkdaşı, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO”nun 3 əməkdaşı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 3 əməkdaşı iştirak edib. Onlar bu təlim kursunu müvəffəqiyyətlə bitiriblər. Təlim kursunun yekunu ilə bağlı keçirilən tədbirdə kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.