Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində Gülnarə Rüstəmovanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində Gülnarə Rüstəmovanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktor müavini Gülnarə Rüstəmovanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov yubilyarı təbrik edib və xoş arzularını çatdırıb. O, G.Rüstəmovanın 25 ildən artıq müddətdə əqli mülkiyyət sahəsində fədəkar çalışdığını, peşəkar patentşünas və tələbkar rəhbər olduğunu bildirib.

Agentliyin Apellyasiya Şurasının sədri Günel Sevdimalıyeva, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Xudayət Həsənli və Mərkəzin direktorunun müşaviri Miryaqub Seyidov da çıxış edərək G.Rüstəmovaya təcrübəli və bacarıqlı işçi kimi gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Tədbirdə G.Rüstəmova əqli mülkiyyət hüquqlarının qorunması sahəsində uzun müddət səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibəti ilə Agentliyin Fəxri Fərmanı ilə təltif olunub.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×