Çağrı Mərkəzi: 960
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyində görüş keçirilib

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyində görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktorunun müavini Hasan Kleybin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Azərbaycanda son illər ərzində elmi tədqiqat potensialının müasirləşdirildiyini, müasir texnologiyaların tətbiqində əqli mülkiyyətin rolunun artırıldığını bildirib. Qeyd olunub ki, ölkəmizin milli prioritetlərinin 2-si məhz Azərbaycanın dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyata, rəqabətli insan kapitalına sahib olmasını və müasir innovasiyalar məkanına çevrilməsini hədəfləyir. Hazırlanan Rəqəmsal İqtisadiyyat Strategiyasında da bilik və bacarıqların Dördüncü Sənaye İnqilabı və rəqəmsal iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması öz əksini tapıb.

Görüşdə diqqətə çatdırılıb ki, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı, aparıcı iqtisadi sahələrdə əqli fəaliyyətin nəticələrinin təşviqi, peşə hazırlığının keyfiyyətinin artırılması müasir çağırışlar olaraq ölkəmizin də əsas məqsədlərindəndir və bu istiqamətdə müvafiq işlər görülür.

H.Kleyb əqli mülkiyyət hüquqlarının beynəlxalq səviyyədə qeydiyyatının stimullaşdırılması, effektiv patent qeydiyyatı prosedurlarının qurulması və əqli mülkiyyət hüquqları ilə bağlı məlumatlılığın artırılması barədə fikirlərini bölüşüb, ölkəmizin bu istiqamətdə əldə etdiyi nəticələri yüksək qiymətləndirib.

Görüşdə sahibkarlıq subyektləri üçün əmtəə nişanları və coğrafi göstəricilər üzrə təcrübə mübadiləsinin təşkili, əqli mülkiyyət hüquqlarının qorunmasının təminatının iqtisadi siyasətə çevrilməsi məsələləri müzakirə olunub.

Görüşdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov iştirak edib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×