Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

Mayın 10-da Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) görkəmli dövlət və siyasi xadim, müasir müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən geniş söhbət açılıb. Qeyd olunub ki, böyük dövlət adamı Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində Azərbaycan parçalanmaq və məhv olmaq təhlükəsindən xilas olmuşdur. Çıxış edənlər liderliyi ilə dünyanı heyran edən, siyasət elitasında ən uca zirvələrdən birini tutan, dahi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzsiz xidmətlərindən danışıb, hər bir azərbaycanlının bu böyük şəxsiyyəti qürurla yad etdiyini vurğulayıblar.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş xalq artisti, rejissor Vaqif Mustafayevin “Bir həsədin tarixi” adlı filmi nümayiş etdirilib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×