Soçi şəhərində əqli mülkiyyət üzrə Yay Akademiyası keçiriləcək
2022-ci il 3-8 iyul tarixlərində Rusiyanın Soçi şəhərində “Əqli kapitalın effektiv idarə edilməsi: audit, strategiya, səlahiyyətlər” mövzusunda IP'22 Yay Akademiyası keçiriləcək.
Tədbirin məqsədi əqli mülkiyyət sahəsində fəaliyyət göstərən elm, təhsil təşkilatları, korporasiyalar və müəssisələr arasında işgüzar əlaqələrin inkişafına, həmçinin elmi-texniki layihələrin və ixtiraların dünya bazarına çıxarılmasına kömək etməkdir.
Layihənin təşkilatçıları Avrasiya Patent İdarəsi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasıdır (RDƏMA).
Yay Akademiyası çərçivəsində yalnız tədris tədbirləri deyil, həmçinin əqli mülkiyyət ekspertlərinin fərdi məsləhətləri, praktiki kazusların təhlili, fərdi layihənin müdafiəsi də nəzərdə tutulur.
Tədbirin sonunda iştirakçılara ixtisasartırma haqqında sertifikat təqdim olunacaq.
Yay Akademiyası haqqında ətraflı məlumat RDƏMA-nın internet səhifəsində yerləşdirilib.