Çağrı Mərkəzi: 960
​Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyətinin Azərbaycana səfəri

​Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyətinin Azərbaycana səfəri

24-25 iyun 2023-cü il

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini cənab Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfərin məqsədi ÜƏMT üzv-dövlətləri Assambleyasının bu il 6-14 iyul tarixlərində Cenevrə şəhərində keçiriləcək 64-cü iclasları ərəfəsində əqli mülkiyyət sahəsində ölkəmizdə görülən işlərlə tanışlıq, xüsusən Azərbaycan Respublikası Prezidentinin uğurla həyata keçirdiyi institusional islahatlar çərçivəsində yaradılan əqli mülkiyyətin hər iki qolunu (müəlliflik hüququ və sənaye mülkiyyəti hüququ) birləşdirən vahid qurumun - Əqli Mülkiyyət Agentliyinin təcrübəsinin öyrənilməsi, Azərbaycana məxsus coğrafi göstəricilərin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizə aid coğrafi göstəricilərin qeydiyyatı və onların beynəlxalq miqyasda tanınmasına dəstək göstərilməsi, habelə əqli mülkiyyətlə bağlı digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələlərinə dair müzakirələrin aparılmasından ibarətdir.

Səfər çərçivəsində iyunun 24-də “Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyətofislərinin təkamülü və mütəxəssislərinhazırlanması” mövzusunda “Dəyirmi masa” keçirilib.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanov və ÜƏMT-nın Baş direktorunun müavini cənab Hasan Kleyb çıxış ediblər. Dəyirmi masada K.İmanovun “Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması” mövzusunda məruzəsi təqdim edilib. Daha sonra mövzu ətrafında müzakirələr keçirilib.

Təhsil naziri Emin Əmrullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov həmçinin tədbirdə iştirak edən bir sıra Ali tətsil ocaqlarının rəhbərləri tədbirin əhəmiyyətini qeyd edərək Əqli Mülkiyyət Agentliyinin çoxşaxəli fəaliyyətini və beynəlxalq təşkilatlarla əlaqəsini yüksək qiymətləndirdilər.

Səfər çərçivəsində ÜƏMT-nin nümayəndə heyəti Baş nazirin müavini Əli Əhmədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Xarici İşlər Naziri Ceyhun Bayramov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovla görüşləri olub. Tədbirlər barədə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, ÜƏMT Birləşmiş Millətlər Təşkilatının əqli mülkiyyət sahəsində ixtisaslaşmış qurumudur. 193 dövləti birləşdirən bu nüfuzlu beynəlxalq təşkilat yaradıcılığı təşviq edir, ədəbi-bədii əsərlərin və sənaye mülkiyyəti obyektlərinin bütün növlərinin qorunması sahəsində üzv dövlətlərin səylərini birləşdirir və əqli mülkiyyətin inkişafına böyük dəstək verir.

Azərbaycan Respublikası 1995-ci ildən ÜƏMT-nın üzvüdür. Əqli Mülkiyyət Agentliyi ilə bu beynəlxalq qurum arasında geniş əməkdaşlıq həyata keçirilir.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×