Çağrı Mərkəzi: 960
Avrasiya Patent İdarəsinin yeni prezidenti səlahiyyətlərinin icrasına başlayıb

Avrasiya Patent İdarəsinin yeni prezidenti səlahiyyətlərinin icrasına başlayıb

Avrasiya Patent Təşkilatının (APT) Moskva şəhərindəki mənzil-qərargahında Avrasiya Patent İdarəsinin (APİ) yeni prezidenti Qriqoriy İvliyevin vəzifəsinin icrasına başlama mərasimi keçirilib.

Tədbir çərçivəsində sənədlərin yoxlanılması və işlərin qəbulu ilə bağlı zəruri prosedurlar həyata keçirilib və Q.İvliyev müvafiq aktları imzalayıb.

Mərasimin sonunda APİ-nin yeni prezidentinin İdarənin struktur bölmələrinin rəhbərləri ilə işgüzar görüşü keçirilib.

Qeyd edək ki, Q.İvliyevin APİ-nin prezidenti təyin olunması haqqında qərar APT-nın İnzibati Şurasının 2021-ci il 9-10 avqust tarixlərində keçirilən 38-ci iclasında qəbul edilmişdir.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×