Çağrı Mərkəzi: 960
Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokolu qüvvəyə minib

Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokolu qüvvəyə minib

“1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokol"u 2021-ci il 17 mart tarixində qüvvəyə minib.

Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol 2019-cu il 9 sentyabr tarixində Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən Diplomatik konfransda qəbul edilib. Həmin beynəlxalq tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Protokolu Azərbaycan Respublikası Hökuməti adından K. İmanov imzalayıb. Protokolun depozitarisi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorudur.

2020-ci il 5 may tarixində “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

2020-ci il 9 dekabr tarixində ÜƏMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir Vaqif Sadıqov Azərbaycan Respublikası tərəfindən “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un təsdiqlənməsi haqqında sənədi ÜƏMT-nin Baş direktoru Daren Tanqa təqdim edib.

“Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol” sənaye nümunəsi üçün vahid Avrasiya patenti əsasında sənaye nümunəsinin APT-nin 8 üzv-ölkəsi ərazisində qorunması məqsədi ilə qəbul edilib. Protokol sənaye mülkiyyəti obyektlərinin Avrasiya mühafizəsi sisteminin genişləndirilməsini, onu imzalayan bütün dövlətlərin ərazisində qüvvədə olan vahid Avrasiya patenti əsasında sənaye nümunələrinin mühafizəsi üzrə dövlətlərarası sistemin yaradılmasını, həmin ölkələrin daxili bazarının inkişafını, o cümlədən ticarət və investisiya fəaliyyətinin inkişafı üçün onların ərazilərinin cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×