2025-ci il Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə ÜƏMT Baş Direktorunun müraciəti

Bu gözəl kompozisiya Duke Ellingtonun “Zərif Ledi” əsəridir. Bu, mənim ilk dəfə yeniyetməlik illərində dinlədiyim və məni caza aşiq edən əsərdir. Və musiqinin gözəlliyi məhz budur: o, bizi həyatımızın həm sevincli, həm də kədərli anlarında müşayiət edir.
Bu il Beynəlxalq Əqli Mülkiyyət Gününün mövzusunu müəyyənləşdirərkən, istədik ki, bu mövzu hər kəsə yaxın olsun. Beləliklə, musiqi və əqli mülkiyyət mövzusunda qərarlaşdıq.
İstər peşəkar musiqiçi, istərsə də sadəcə musiqi həvəskarı, yeni bir şeyin yaradıcısı və ya sadəcə yaradıcı insan olun, əqli mülkiyyət sizin etibarlı müttəfiqinizdir. O, ideyalarınızı, yaradıcılığınızı və sənətinizi dünyaya təqdim etməyə kömək edir.
Buna görə də bu il 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü münasibətilə musiqi, yaradıcılıq və innovasiyaları birgə qeyd etmək, Əqli Mülkiyyətin bu sahədə əhəmiyyətini qiymətləndirmək və birgə addımlar ataraq sizə, eləcə də yaradıcılara, musiqiçilərə, sənatkarlara və yenilikçilərə dəstək olmaq üçün birləşmək istərdik. Gəlin əqli mülkiyyətin gücünü, musiqinin gücünü və onların birgə dünyanı daha yaxşı edə biləcəyini unutmayaq - yalnız 26 aprel deyil, bütün il boyu.
Minnətdaram.