Çağrı Mərkəzi: 960
26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günüdür

26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günüdür

ƏM və KOM-lər: İdeyalarınızı necə kommersiyalaşdırmaq olar

Hər il 26 aprel tarixində Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd edirik və bu bizə geniş ictimaiyyətə əqli mülkiyyət (İP) hüquqlarının innovasiyalara və yaradıcılığa necə töhfə verməsi barədə danışmağa imkan verir.

İstənilən biznes ideyadan başlayır. Dünyadakı milyonlarla kiçik və orta müəssisədən hər biri ideyadan başlamış, onu kimsə fikirləşmiş və bazara çıxarmışdır.

İdeya ixtiraçılıq, nou-hau, və istedadla birlikdə ƏM aktivinə çevrilir və bu, biznesin inkişafına, iqtisadi canlanmaya və bəşəriyyətin tərəqqisinə töhfə verə bilir.

Dünyada hər gün yeni ideyalar yaranır. İdeyalar yaradıcı insanlar tərəfindən yaradılır, onların sırasında memarlar, rəssamlar, sənətkarlar, dizaynerlər, mühəndislər, sahibkarlar, tədqiqatçılar, alimlər və başqaları vardır. Bu, təsviri sənətdən süni intellektə, dəbdən fermerliyə, bərpa olunan enerjidən pərakəndə satışa, televiziyadan turizmə, virtual reallıqdan video oyunlara qədər ən müxtəlif sahələrdə baş verir. Və bu, tam siyahı deyil.

Bəzi ideyalar məhsul və xidmətlərə çevrilir və biz onları satın alırıq. Başqaları isə yox. Bazara gedən yol asan olmaya bilər. Lakin şirkətlər kommersiyalaşdırma yolunu örtən çoxsaylı mürəkkəblikləri IP-nin köməyi ilə qabaqcadan görə və öhdəsindən gələ bilərlər.

Bu gün iqtisadi canlanma hər zaman olduğundan daha vacibdir. Buna görə də 2021-ci il Beynəlxalq Əqli Mülkiyyət Günü KOM-lərin iqtisadiyyatda oynadığı əsas rola və onların daha güclü, daha rəqabətqabiliyyətli və daha davamlı olması üçün İP-dən necə istifadə edə biləcəklərinə həsr edilmişdir.

KOM-lər milli iqtisadiyyatın əsasını təşkil edir. Onlar hər gün istifadə etdiyimiz məhsul və xidmətləri yaradırlar. İnqilabi innovasiyalar və yaradıcı ideyalar onlarda yaranır. Onlar iş yerləri yaradırlar. Bəziləri gələcəkdə dünyanın aparıcı şirkətləri olacaqlar.

Dünyada kommersiya şirkətlərinin təxminən 90%-i və məşğulluğun təxminən 50%-i KOM-lərin payına düşür. Bir çox inkişaf etməkdə olan iqtisadiyyatlarda milli gəlirin 40%-ni onlar yaradırlar və bu göstərici qeyri-formal sektorun müəssisələri də nəzərə alınsa, daha yüksək olacaqdır.

Bu müəssisələrin hər birinin əsasında istedad və ixtiraçılığın köməyi ilə istehlakçılarda tələb olunan məhsul və ya xidmətləri yaratmağa imkan verən ideya dayanır. Və belə müəssisələrin hər biri əqli mülkiyyət hüquqlarından öz üşgüzar aktivlərini qorumaq üçün istifadə edə və ondan fayda götürə bilər. Bununla birlikdə, bir çox KOM-lər özlərinin IP-nin olduğunu və bunun dəyərə malik olduğunu bilmirlər. Bu isə o deməkdir ki, onlar öz göstərici və yüksəlişini yaxşılaşdırmaq üçün imkanları əldən verirlər. Tədqiqatlar göstərir ki, IP-dən necə istifadə edəcəyini bilən və IP hüquqlarını əldə edən və idarə edən müəssisələr daha böyük nəticələr əldə edirlər.

İP dünyası ilə tanışlığa yeni başlayırsınızsa, 2021-ci il Beynəlxalq Əqli Mülkiyyət Günü IP sisteminin alətlərinin (əmtəə nişanları, sənaye nümunələri, müəllif hüquqları, patentlər, kommersiya sirləri, coğrafi göstəricilər və s.) ideyalarınızın kommersiyalaşdırılmasına necə kömək edəcəyini bilmək üçün əla fürsətdir.

İP hüquqlarının köməyi ilə ideyanı biznes, fayda alınmasını təmin etmək, iş yerləri yaratmaq, istehlakçılara təklif olunan malların spektrini genişləndirmək imkanına çevirmək mümkündür. İP biznesin inkişafına və cəmiyyətin həyat keyfiyyətinin yüksəldilməsinə kömək edə bilər.

2021-ci il beynəlxalq Əqli Mülkiyyət Gününün daha bir vacib mövzusu ÜƏMT-nın dünyanın hər yerində olan milli və regional IP ofisləri ilə birlikdə KOM-lərin innovasiyaları inkişaf etdirmək, özlərinin yaradıcılıq potensialını reallaşdırmaq, iqtisadi canlanmaya kömək etmək və iş yerləri açmaq üçün əlverişli şəraitlər yaradılmasında oynadığı vacib rolla bağlıdır.

Sizi KOM-lərin ixtiraçılıq və yaradıcılıq potensialına, onların dəyişiklik etmək əzminə və gündəlik həyatımızı yaxşılaşdırmağa verdikləri töhfələrə həsr olunmuş bayramda iştirak etməyə dəvət edirik. Yerli KOM-ləri və yerli innovasiyaları dəstəkləyin.
Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×