Çağrı Mərkəzi: 960
8 noyabr - Zəfər Günüdür

8 noyabr - Zəfər Günüdür

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Silahlı Qüvvələri tərəfindən hərbi əməliyyatlar yüksək səviyyədə həyata keçirilmiş, torpaqlarımız düşmən əsarətindən xilas edilərək suverenliyimiz bərpa olunmuşdur. Qəhrəman ordumuz şanlı zəfər qazandı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən 8 noyabr hər il "Zəfər Günü" kimi qeyd edilir.

8 noyabr - "Zəfər Günü" münasibəti ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Ali Baş Komandan başda olmaqla ordumuzu və qəlbi Vətən sevgisi ilə döyünən xalqımızı təbrik edir.

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×