Qarabağ Dirçəliş Fonduna ianə edilib
Xəbər vediyimiz kimi, 2022-ci il 20-21 sentyabr tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının hibrid formatda keçirilən 41-ci (iyirmi doqquzuncu növbədənkənar) iclasında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov APT-nın “İxtiraçılığa və patent işinə verdiyi töhfəyə görə” V.İ.Blinnikov adına qızıl medalı ilə təltif olunmuşdur.
APT-nın icraçı orqanı olan Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyevin cari ilin 14-16 noyabr tarixlərində ölkəmizə rəsmi səfəri zamanı həmin medal K.İmanova təqdim edilib. Agentliyin rəhbərinə medal ilə yanaşı 42 min rubl məbləğində pul mükafatı da verilib.
Həmin pul mükafatı K.İmanov tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edilib.