Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində dövlət qulluqçularının etik davranış qaydalarına həsr olunan iclas keçirilib

Əqli Mülkiyyət Agentliyində dövlət qulluqçularının etik davranış qaydalarına həsr olunan iclas keçirilib

2022-ci il 28 dekabr tarixində Əqli Mülkiyyət Agentliyində dövlət qulluqçularının etik davranış qaydalarına həsr olunan onlayn formatda iclas keçirilib.

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlət qulluğunda olmağın imtiyaz deyil, məsuliyyət, insanlara xidmət imkanı olması fikrini xüsusi vurğulayaraq dövlət qulluqçularının öz xidməti vəzifələrinin icrası zamanı gözlənilən və tələb olunan davranış qaydalarınına toxunub. O, dövlət qulluğunda etik məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək dövlət qulluqçularının dövlət və cəmiyyət qarşısında böyük məsuliyyət daşıdığını bildirib.

İclasda Agentliyin Aparatının Müəllif–hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdirinin müavini, etik davranış qaydaları üzrə məsul şəxs (etik müvəkkil) Əfsanə Mirzəzadənin “Etik davranış qaydaları haqqında 2022-ci il üzrə hesabatı” dinlənilib. Hesabatda qeyd olunub ki, 2022-ci ildə Agentliyin fəaliyyətinə mane ola biləcək məqamların vaxtında aradan qaldırılması məqsədilə maarifləndirmə işi davam etdirilmiş, Agentlik əməkdaşlarının xidməti davranış qaydaları və prinsipləri, dövlət qulluqçularının etik davranış qaydaları haqqında yaddaş kitabçası kimi metodiki vəsaitlər hazırlanmışdır. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əldə olunmuş razılığa əsasən, “Dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məslələləri” haqqında birgə təlimin keçirilməsi nəzərdə tutulub.

Tədbirdə əmək intizamı, işə davamiyyət və digər məsələlər müzakirə olunub.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×