Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyi və Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb

Əqli Mülkiyyət Agentliyi və Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovu qəbul edib.

İdarə Heyətinin sədri K.İmanov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan institusional islahatlar nəticəsində əqli mülkiyyət sahəsində vahid dövlət qurumu olan Əqli Mülkiyyət Agentliyinin yaradılması, Agentliyin strukturu və fəaliyyəti barədə danışıb.

O, Agentlikdə sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində yaranan mübahisələrə baxan Apellyasiya Şurasının fəaliyyət göstərdiyini qeyd edərək Agentliyin məhkəmədənkənar mübahisələrin həlli sahəsində böyük təcrübəsinin olduğunu bildirib.

Qəbul üçün təşəkkür edən N.Adilov Mediasiya Şurasının fəaliyyəti haqqında məlumat verib. O, Agentlik ilə əməkdaşlıqdan razı qaldıqlarını qeyd edərək birgə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin son dövrdə Mediasiya Şurasının dövlət qurumları ilə əməkdaşlıqda görülən işlərdən danışıb, rəqəmsal xidmətlərin təşkil olunacağını, mediasiya portalının yaradılacağını qeyd edib.

K.İmanov Mediasiya Şurasının üzvləri üçün təlimlərin keçirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdıraraq Agentlik tərəfindən mediatorlar üçün əqli mülkiyyət sahəsində müxtəlif treninqlərin təşkil olunmasının zəruriliyini bildirib.

Tədbirin sonunda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov imzalayıblar.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×