Çağrı Mərkəzi: 960
Cenevrədə Azərbaycanın zəngin mədəni irs nümunələrinin təbliğ edilməsi məqsədilə tədbir keçirilib

Cenevrədə Azərbaycanın zəngin mədəni irs nümunələrinin təbliğ edilməsi məqsədilə tədbir keçirilib

Sentyabrın 25-də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Azərbaycanın zəngin mədəni irs nümunələrinin təbliğ edilməsi məqsədilə mədəni tədbir keçirilib. “Mədəni yaxınlıq: fərqliliyin vəhdəti” adlı tədbir Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi ilə birgə təşkil olunub. Tədbirdə Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa Regional Qrupuna daxil olan ölkələr (Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Türkmənistan, Tacikistan və Qırğızıstan) milli mədəni irs nümunələrini təqdim ediblər.

Tədbirdə ayrıca guşə ilə təmsil olunan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən xalqımıza məxsus coğrafi göstəricilər təqdim olunub, milli mədəni irs nümunələri kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş xalça, kəlağayı, dolma və paxlava barədə ətraflı məlumatlar sərgilənib. Guşədə quraşdırılmış xüsusi ekranda Azərbaycan haqqında videoçarxlar nümayiş etdirilib, həmçinin tədbir iştirakçılarına Azərbaycanla bağlı suvenirlər təqdim olunub.

ÜƏMT-nin baş direktoru Frensis Qarri tədbirin açılışında çıxış edərək milli-mədəni irsin geniş ictimaiyyətə təqdimatının əhəmiyyətini diqqətə çatdırıb, cəmiyyət və dövlətin inkişafında müasir texnologiyalar və əqli mülkiyyətin xüsusi rolunu vurğulayıb.

Qazaxıstanın ədliyyə nazirinin müavini Nataliya Pan regional qrupun koordinatoru qismində çıxış edib.

Tədbirin açılışından sonra iştirakçılara milli mətbəx nümunələri təqdim olunub. İştirakçılar Azərbaycan mətbəxinin dolma, lüləkabab, paxlava və s. kimi ləziz nemətlərini yüksək qiymətləndiriblər.

Mədəni tədbir barədə fikirlərini mətbuat üçün bölüşən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, bu gün Azərbaycanda əqli mülkiyyətin qorunması sahəsinə böyük diqqət yetirilir. Dövlətimizin başçısı İlham Əliyevin səyləri nəticəsində əqli mülkiyyət sahəsi inkişaf etdirilir, Azərbaycan beynəlxalq müqavilələrdə iştirak edir, ölkəmizdə institusional dəyişikliklər nəticəsində Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Mədəni tədbirdə ölkəmizin coğrafi mənşəyə malik milli-mədəni irs nümunələrinin, bir növ milli əmtəə nişanlarının təqdim olunduğunu diqqətə çatdıran Kamran İmanov vurğulayıb ki, Azərbaycan guşəsində təqdim olunan xalça, kəlağayı, eləcə də kulinariya nümunələri çox böyük dəyər və gücə malikdir. Onlar bir tərəfdən müasir coğrafi göstərici olmaqla yanaşı, digər tərəfdən də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, necə deyərlər, dünyanın inciləri sırasına daxil edilib. Bu mədəni tədbirdə Azərbaycan yeganə ölkədir ki, bu cür unikal formatda çıxış edir. Eyni zamanda, Azərbaycanın coğrafi göstəricilərinin həmin incilər sırasına daxil edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ciddi səylər göstərib.


26.09.2018

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×