Əqli Mülkiyyət Agentliyi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülüb.
Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi, o cümlədən tabeliyində olan qurumlarının əməkdaşları könüllü qaydada əmək haqqı fondundan Silahlı Qüvvələrə Yardım Fonduna 35 min manat ianə ediblər.
Bundan əlavə olaraq, Agentliyin İdarə Heyətinin qərarı ilə işğalda olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna Agentliyin göstərdiyi xidmətlər nəticəsində əldə etdiyi vəsait hesabına 100 min manat məbləğində vəsait köçürülüb.