Əqli Mülkiyyət Agentliyinin nümayəndələri "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsi çərçivəsində keçirilən seminarda iştirak edib
Yanvarın 15-də Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunda “Open Access” mövzusunda seminar keçirilib.
Tədbirdə beynəlxalq ekspert Daniel Spichtinger tərəfindən “Open Access”-in mahiyyəti və istifadə metodları, “Açıq elm /Azad daxilolma” (“Open Science / Open Access”) sisteminin qurulması və Azərbaycanda bu sahədə görülən işlər barədə ətraflı məlumat verilib və müzakirələr aparılıb.
Seminarda Əqli Mülkiyyət Agentliyin Texnologiya transferi və kommersiyalaşmaya dəstək şöbəsinin müdiri Aydın Hüseynov və həmin şöbənin baş məsləhətçisi Elxan Tahiroviştirak ediblər.
Qeyd edək ki, adıçəkilən layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarəedilməsinin gücləndirilməsindən ibarətdir.