“Autizmli və digər fərqli inkişaf xüsusiyyətli gənclərin yaradıcılığının qorunması” adlı maarifləndirici tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə İntegro Consulting MMC və Birgə və Sağlam İctimai Birliyi tərəfindən, autizmli və digər fərqli inkişaf xüsusiyyətlərinə malik gənclərin yaradıcılıq fəaliyyətinin əqli mülkiyyət hüquqları baxımından qorunması, bu istiqamətdə maarifləndirmənin artırılması və ictimaiyyətin məlumatlandırılması məqsədi ilə “Autizmli və digər fərqli inkişaf xüsusiyyətli gənclərin yaradıcılığının qorunması” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdir müavini - sektor müdiri Nailə Nəsibova və Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktorunun müşaviri Əsəd Əliyev iştirak etmişdir.
Ə.Əliyev neyrodivergent gənclərin yaradıcılıq məhsullarının qorunması, əqli mülkiyyət savadlılığının artırılması, əqli mülkiyyət obyektlərinin qeydiyyat mexanizmləri barədə ətraflı məlumat vermişdir.
Tədbirdə autizmli yeniyetmələrdən ibarət xor kollektivinin çıxışı olmuşdur. Tədbirin məqsədi autizimli uşaqların yaradıcılıq potensialının hüquqi baxımdan qorunmasına diqqət çəkmək və onların istedadlarının təhlükəsiz və davamlı inkişafına töhfə verməkdir.



















