Çağrı Mərkəzi: 960
Avrasiya Patent İdarəsi sənaye nümunəsi üçün 100-cü Avrasiya patentini verib

Avrasiya Patent İdarəsi sənaye nümunəsi üçün 100-cü Avrasiya patentini verib

Həmin patentin sahibi Almaniyanın Karl Storz tibb şirkəti olub. Bu, endoskopların, alətlərin və cihazların istehsalı və satışı üzrə ixtisaslaşmış alman şirkətininə məxsus artıq üçüncü Avrasiya patentidir. İl ərzində sənaye nümunələrinə olan Avrasiya patentlərinə tələbat iki dəfə artıb.

Karl Storz şirkəti Avrasiya Patent Təşkilatının üzv-dövlətləri ərazisində tibbi monitorun görünüşünü patentləşdirib. Şirkət tərəfindən iddia sənədi 2022-ci il 30 may tarixində təqdim edilmiş və 4,5 ay sonra patent verilmişdir.

Sənaye nümunələrinin patentləşdirilməsi üzrə Avrasiya sistemi 2021-ci il 1 iyun tarixindən qüvvədədir. Bu müddət ərzində Avrasiyanın yeddi ölkəsinin (Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya və Tacikistan) ərazisində sənaye nümunələrinin qeydiyyatı üçün 14 dövlətin, o cümlədən Çin, ABŞ, Almaniya, Kanada, Yaponiya, Türkiyə, Finlandiya, Polşa, Bolqarıstan, Macarıstan və digər dövlətlərin rezidentləri də müraciət etmişlər.

Sənaye nümunəsinə patent almaq üçün iddia sənədlərinin verilməsində Rusiya Federasiyası liderdir. Sistemin fəaliyyət göstərdiyi il yarım ərzində Avrasiya Patent Təşkilatına Rusiya tərəfindən 240-dan çox müraciət daxil olub.

Qeyd edək ki, Avrasiya Patent Təşkilatı (APT) 1995-ci ildə yaradılıb. Təşkilatın üzv-dövlətlərinin sayı 8-dir: Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan və Türkmənistan. Təşkilatın rəsmi dili rus dilidir. APT-nın mənzil-qərargahı Moskva şəhərində yerləşir.

Əqli mülkiyyət obyektlərinin qorunması üzrə regional sistemi idarə edən Avrasiya Patent İdarəsinin (APİ) əsas vəzifəsi iddia sənədlərinin qəbulu və Avrasiya Patent Konvensiyasının iştirakçısı olan dövlətlərin ərazisində qüvvədə olan Avrasiya patentlərinin verilməsidir. APİ ixtira və sənaye nümunələri üzrə Avrasiya iddia sənədlərini qəbul edir, bu müraciətlərlə bağlı axtarış aparır, ekspertiza keçirir və digər zəruri prosedurları yerinə yetirir. APİ mahiyyət üzrə ekspertizanın nəticələrinə əsasən Avrasiya patentlərini verir və onlar haqqında məlumatları dərc edir.


17.10.2022

Sənədlərin ONLAYN qəbulu PƏNAHÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51startup1https://azranking.az/TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzZəfərstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×