Avrasiya Patent İdarəsi vakant vəzifələr üzrə müsahibə elan edib
Avrasiya Patent Təşkilatının (APT) Avrasiya Patent İdarəsində (APİ) vakant vəzifələr üzrə növbəti müsahibə elan edilib. APİ-nin Ekspertiza idarəsinin kimya və tibb şöbəsinin ekspert heyəti üzrə vakant vəzifələri müsahibəyə çıxarılıb.
Vakant vəzifələrin tutulması üzrə müsahibədə iştirak üçün sənədlərin qəbulu elanı, namizədlər üçün tələblər, əmək öhdəlikləri və bununla bağlı digər məlumatlar APT-nın internet saytının “Вакансии ЕАПВ” bölməsində yerləşdirilib.
Müsahibədə iştirakla bağlı sənəd qəbulunun son günü – 25 iyun 2022-ci il.