Çağrı Mərkəzi: 960
​Avrasiya Patent Konvensiyasının üzv-dövlətlərinin nümayəndələri Sənaye nümunələrinin qorunmasına dair Protokol üzrə sənədlərin layihələrini razılaşdırıblar

​Avrasiya Patent Konvensiyasının üzv-dövlətlərinin nümayəndələri Sənaye nümunələrinin qorunmasına dair Protokol üzrə sənədlərin layihələrini razılaşdırıblar

2020-ci il 25 noyabr və 8 dekabr tarixlərində sənaye nümunələrinin hüquqi qorunması üzrə Avrasiya sisteminin yaradılması üzrə işçi qrupun videokonfrans formatında növbəti iclasları keçirilib.

İşçi qrupunun növbəti iclasının keçirilməsi haqqında qərar Avrasiya Patent Təşkilatının İnzibati Şurasının 2020-ci il 10-11 sentyabr tarixli iclasında qəbul edilmişdir. Videokonfransda Avrasiya Patent Konvensiyasının (APK) bütün üzv-dövlətlərinin nümayəndələri və Avrasiya Patent İdarəsinin (APİ) əməkdaşları iştirak ediblər.

Tədbirlərdə APK-nın Patent Təlimatının “Sənaye nümunələri” hissəsində və Avrasiya Patent Təşkilatının Rüsumlar haqqında Əsasnaməsində sənaye nümunələri ilə bağlı layihələri müzakirə edilib və ekspert səviyyəsində razılaşdırılıb.

İclaslar zamanı həmçinin sənaye nümunələrinin hüquqi qorunması üzrə müxtəlif məsələlər, o cümlədən sənaye nümunələrinə patentlərin verilməsi sahəsindəki təcrübə ətrafında fikir mübadiləsi aparılıb.

Videokonfranslarda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinin müdiri Səmayə Rəsulova, Agentliyin İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Əmtəə nişanı, coğrafi göstərici və sənaye nümunəsinin ekspertiza şöbəsinin müdiri Ramin Hacıyev də iştirak ediblər.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×