Çağrı Mərkəzi: 960
Avrasiya Patent Təşkilatı ixtiraçıları Moskva beynəlxalq ixtiralar və innovasiya texnologiyaları sərgisində iştiraka dəvət edir

Avrasiya Patent Təşkilatı ixtiraçıları Moskva beynəlxalq ixtiralar və innovasiya texnologiyaları sərgisində iştiraka dəvət edir

2022-ci il 29-31 mart tarixlərində Moskva şəhərində 25-ci “Arximed” Beynəlxalq İxtiralar və İnnovasiya Texnologiyaları Salonu (sərgisi) keçiriləcək.

Salonun daimi tərəfdaşı olan Avrasiya Patent Təşkilatının (APT) icraçı orqanı Avrasiya Patent İdarəsi bu Təşkilatın üzv-dövlətləri, o cümlədən ölkəmizin ixtiraçılarını tədbirə qoşulmağa dəvət edir. Salonun təşkilatçıları APT üzv-dövlətlərindən olan 3 layihənin ödənişsiz əsaslarla sərgidə iştirak etməsi üçün imkanın yaradılmasına hazır olduqlarını bildirmişlər.

"Arximed" salonu hər il Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Rusiya Federasiyası Prezidentinin Administrasiyası, bu ölkənin Müdafiə Nazirliyi, Əqli Mülkiyyət üzrə Federal Xidməti (ROSPATENT), “Müdafiə Müəssisələrinə Yardım Liqası” Assosiasiyası, Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyası (IFIA) və “Arximed” Beynəlxalq İnnovasiya Klubunun dəstəyi ilə təşkil olunur.

Tədbirdə iştirak etmək istəyənlər APİ ilə əlaqə saxlaya bilər:

e-mail: ksiksimbayev@eapo.org;

Telefon: +7(495) 411 6161 (424).

Tədbir haqqında əlavə məlumatı “Arximed” salonunun internet səhifəsindən əldə edə bilərsiniz.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×