Çağrı Mərkəzi: 960
​Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) Əqli Mülkiyyət kafedrasının açılışı olub

​Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) Əqli Mülkiyyət kafedrasının açılışı olub

Kafedranın açılışı münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov, Agentliyin məsul işçiləri, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və professor-müəllim heyəti iştirak edib.

Agentliyin sədri Kamran İmanov çıxış edərək ölkəmizdə elm və təhsil sahəsində dövlətimizin gördüyü işlərdən danışdı, bu sahənin inkişafı üçün həyata keçirilən islahatlardan bəhs etdi.

O, qeyd etdi ki, dövlətimizin başçısı cənab İlham Əliyev təhsil sahəsinə və bu sistemin müasir səviyyədə qurulmasına xüsusi diqqət göstərir. Vaxtı ilə uzun illər çalışdığı bu Universitetlə əməkdaşlığın əsasının illər əvvəl qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran Agentliyin sədri Əqli Mülkiyyətkafedrasının yaradılmasının AzMİU-da ixtisaslı kadrların yetişməsindəönəmli roloynayacağını bildirdi. Tələbələrin tədris prosesində əldə etdikləri nəzəri biliklərini iş prosesində, təcrübədə tətbiq etmələri üçün Agentlikdə kafedranın filialının açılmasının məqsədəuyğun olduğunu, tələbələrin yüksək ixtisaslı kadr kimi yetişmələrində və karyera qurmalarında faydalı olacağını vurğuladı.

Tədbirdə qeyd olundu ki, kafedra əqli mülkiyyət sahəsində maarifləndirmə və kadr hazırlığı işində mühüm rol oynayacaq. Dərs deyən müəllimlər sırasında Agentliyin əməkdaşları olacaq ki, bu da tələbələrin biliklərinin birbaşa təcrübədə işləyən peşəkarlardan olmaları üçün əlverişli şəraitin yaranması deməkdir. Fənlər həm bakalavr, həmdəmagistr pilləsində azərbaycan, rus və ingilis dillərində tədris olunacaq. Qeyd edildi ki, artıq BDU-da belə kafedranın açılması və Agentlikdə filialın fəaliyyət göstərməsi uğurlu nəticələrini verməkdədir.

BDU-da olan kafedra əsasən hüquqşünaslar üçün nəzərdə tutulub. AzMİU-da isə yaradıcı sahəni əhatə edir. Burada həm müəllif hüquqları sahəsi həmdə sənaye mülkiyyəti əhatə olunur.

Kamran İmanov AzMİU-nun rəhbərliyinə kafedranın yaradılmasında və fəaliyyətinin təşkilində göstərdiyi köməyə görə təşəkkürünü bildirdi. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sədri cənab Kamran İmanova minnətdarlıq edən rektor Gülçöhrə Məmmədova qeyd etdi ki, əvvəllər AzMİU-da birinci prorektor işləyənprofessor Kamran İmanov həmişə tədrisin təşkilində yenilikçi təklifləri ilə diqqəti cəlb edib. Ona görə də açılışı qeyd edilən kafedranın onun rəhbərliyi altında Universitetə yeni ruh gətirəcəyinə əmin olduğunu bildirdi.

Ölkə prezidentinin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq istehsalatla əlaqələrin gücləndirilməsini müasir dövrün tələblərindən biri kimi dəyərləndirən rektor kafedranın açılışını mühüm hadisə adlandırdı. Tələbələrin tədris prosesində əldə etdikləri nəzəri biliklərini iş prosesində, təcrübədə tətbiq etmələri üçün Agentlikdə kafedranın filialının açılmasını da tələbələr üçün faydalı olacağına əminliyini bildirdi. Gülçöhrə Məmmədova kafedranın yaradılmasında və fəaliyyətinin təşkilində göstərdiyi köməyə görə Agentliyin rəhbərliyinə təşəkkürünü bildirdi.

Sonra kafedrada yaradılan şəraitlə tanışlıq oldu.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×