Azərbaycan nümayəndəsi Tunisin təşkil etdiyi əqli mülkiyyət yarışmasının mükafatçısı olub
Tunis Respublikasının Milli Standartlaşdırma və Sənaye Mülkiyyəti İnstitutu (INNORPI) 2021-ci ildə əqli mülkiyyətilə bağlı olimpiada təşkil etmişdir. 15 və 30 yaş arasındakı gənclər üçün keçirilən tədbirin məqsədi əqli mülkiyyət sahəsində məlumatlılığın artırılması idi.
Bilik yarışması ilə əlaqədar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi internet səhifəsində elan yerləşdirmiş və ölkəmizin gənclərinin olimpiadada iştirakı təşviq edilmişdir.
Bu günlərdə yarışmanın nəticələri açıqlanmışdır. Münsiflər heyətinin qərarı ilə Azərbaycanlı gənc hüquqşünas Türkan Kərimova olimpiadanın qalibləri sırasında ikinci yerə layiq görülmüşdür.
Ölkəmizin nümayəndəsinin təqdim etdiyi “I am the author of this meal!” (“Bu yeməyin müəllifi özüməm!”) bloq layihəsi yemək reseptlərinin müəlliflik hüququ ilə qorunması haqqında olmuşdur.
Türkan Kərimovanı bu uğur münasibətilə təbrik edirik.