Çağrı Mərkəzi: 960
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı–Şamaxı yolunun Pirəkəşkül ərazisindən keçən hissəsində “44 ağac əkək” devizi ilə ağacəkmə aksiyası keçirilib.

Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən aksiya zamanı ərazidə Eldar şamı və zeytun ağaclarının hər birindən 44 ədəd əkilərək aqrotexniki qaydada qulluq göstərilib.

44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyi münasibətilə keçirilən aksiyanın əsas məqsədlərindən biri həm də ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron Xidmətlərstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/FİPS jurnalı
Search×