Çağrı Mərkəzi: 960
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası tərəfindən təşkil olunan “İntellektual qatar” adlı kitab sərgisi başa çatıb

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası tərəfindən təşkil olunan “İntellektual qatar” adlı kitab sərgisi başa çatıb

Aprel ayının 1–5 tarixlərində Azərbaycan Dəmiryol Muzeyində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası (RETK) tərəfindən təşkil olunan “İntellektual qatar” adlı kitab sərgisi uğurla başa çatıb.

Muzey və kitabxananın birgə layihəsi olaraq ilk dəfə həyata keçirilən bu tədbirin əsas məqsədi RETK-nın zəngin kitab fondunu geniş ictimaiyyətə təqdim etmək, elmi-texniki ədəbiyyata marağı artırmaq və oxucular arasında mütaliə mədəniyyətini təşviq etmək olub. Sərgi müddətində ziyarətçilər dəmiryol nəqliyyatı ilə yanaşı, avtomobil, dəniz və hava yollarına dair Azərbaycan, rus və ingilis dillərində nəşrlərlə tanış olmaq imkanı əldə ediblər.

Sərgidə 150 kitab nümayiş olunub. Sərgi müddətində çoxsaylı ziyarətçi muzeyə gələrək, nadir nəşrlərlə tanış olub və layihə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sərgidə ölkənin ali təhsil müəssisələrinin və kolleclərinin tələbə və müəllim heyəti fəal iştirak edib. Belə ki, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, eləcə də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb və digər təhsil ocaqlarının nümayəndələri sərgini ziyarət edərək, nümayiş olunan nəşrlərlə yaxından tanış olublar. Qeyd edək ki, ümumilikdə tədbirə qatılanların sayı 500 nəfəri ötüb.

Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiSənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×