Çağrı Mərkəzi: 960
​Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan - doğma diyar” adlı kitab sərgisi keçirilib

​Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan - doğma diyar” adlı kitab sərgisi keçirilib

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra müstəqil Azərbaycan dövlətinin yaranma tarixi, inkişaf mərhələləri, möhtəşəm Zəfərimizin ictimai-siyasi əsasları, yeni mərhələdə suveren ölkəmizin qarşısında duran əsas hədəflər barədə videoçarx nümayiş etdirilib.

Respublika Elmi-Texniki Kitabxanasının (RETK) direktoru Mübariz Məmmədli Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun təbriklərini iştirakçılara çatdıraraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi xalqımızın tarixində iki böyük siyasi hadisənin qeyd olunmasını gerçəkləşdirib. Cari ildə konstitusiyamızın qəbul edilməsinin 30-cu və 44 günlük Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü qeyd olunur.

Sonra çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əqli mülkiyyət kafedrasının müdir müavini Natiq İsayev bildirib ki, Vətən müharibəsində qazanılan qələbə həyatımızın bütün sahələrində olduğu kimi, əqli mülkiyyət daşıyıcılarının, mədəni yaradıcı sənayenin inkişafı ilə məşğul olanların fəaliyyətində də yeni imkanlar açır.

Sonra tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU/UNEC) Dizayn Məktəbinin direktoru Lalə Məmmədova, həmin məktəbin müəllimi Günay Kərimova, Milli Müdafiə Universiteti Heydər Əliyev adına Hərbi İnstitutunun müəllimi Ayşən Baxışova, şəhid baş leytenant Vüqar Şıxıyevin qızı Nərmin Şıxıyeva, AzMİU-nun dizayn və texniki estetika ixtisası üzrə magistrantı Cavidan Muradov və başqaları çıxış edərək bildiriblər ki, ölkəmizin bütün ərazisində konstitusiya quruluşu və suverenliyin tam bərpa edilməsi tariximizdə əbədi qalacaq və həmişə qürur mənbəyimiz olacaq.

Daha sonra RETK-nın Kütləvi işlər və təbliğat şöbəsinin müdiri Amaliya Qənbərova sərgidə nümayiş etdirilən 264 adda kitab, eləcə də elm və texnikanın müxtəlif sahələri üzrə 28 jurnal barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. İndex Copernicus və Scopus beynəlxalq bazalarında indeksləşən jurnallar iştirakçılarda böyük maraq doğurub.

İki gün davam edən sərgiyə Bakı Dövlət Universiteti , Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti , Bakı Ali Neft Məktəbi, Milli Müdafiə Universteti Heydər Əliyev adına Hərbi İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və “Odlar Yurdu” Universitetinin tələbə və müəllimləri qatılıblar.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×