Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirik
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Bu şərəfli gün münasibətilə Əqli Mülkiyyət Agentliyinin kollektivi Mehriban xanımı əqli mülkiyyətin, maddi və qeyri-maddi mədəni irsimizin, milli mənəvi dəyərlərimizin dirçəlişinə, zənginləşməsinə və qorunub saxlanmasına misilsiz töhfələr verdiyinə görə səmimi qəlbdən təbrik edir.
Böyük fərəh hissi ilə bildiririk ki, Mehriban xanım Əliyeva ölkəmizin səhiyyə, təhsil, idman və sosial sahələrinin inkişafında müstəsna xidmətlər göstərir.
Bu əziz gündə Mehriban xanıma möhkəm can sağlığı, uzun ömür və dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə humanist və xeyirxah fəaliyyətində uğurlar arzulayırıq!