Çağrı Mərkəzi: 960
AZƏRBAYCAN RESPUBLİKASININ ƏQLİ MÜLKİYYƏT AGENTLİYİ AŞAĞIDAKI VAKANT VƏZİFƏLƏRİN TUTULMASI ÜÇÜN MÜSAHİBƏ ELAN EDİR

AZƏRBAYCAN RESPUBLİKASININ ƏQLİ MÜLKİYYƏT AGENTLİYİ AŞAĞIDAKI VAKANT VƏZİFƏLƏRİN TUTULMASI ÜÇÜN MÜSAHİBƏ ELAN EDİR

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edir:

1. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira, faydalı model və sənaye nümünələrin ekspertizası şöbəsinin Fizika sektorunda məsləhətçi-ekspert (1 yer);

2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İkin ekspertiza, axtarış və sənaye nümunələri üzrə iş sektorunda məsləhətçi-ekspert (1 yer).

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

ərizə;

ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidən hazırlanma keçmə haqqında sənədin surəti (ali təhsil haqqında diplomun surəti əlavə olunmaqla);

kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);

bir ədəd ağ fonda olan rəngli fotoşəkil (40mm x 60mm).

Aşağıdakı ixtisaslara yiyələnmiş şəxslərə üstünlük veriləcək:

1) Neft-qaz mədən

2) Neft-mexanika

3) Cihazqayırma mühəndisliyi

4) Proseslərin avtomatlaşdırılması

5) Kənd təsərrüfatı avadanlığı

6) Neft kimyası

7) Üzvi kimya

8) Fizika

9) Maşınqayırma.

Namizəd Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı bilməlidir.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 2024-cü il 15 iyul tarixindən 2024-cü il 30 avgust tarixinədək aparılacaq. Ərizələr şəxsən (iş günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə və ya info@copat.gov.az elektron poçtla təqdim oluna bilər.

Müsahibə zamanı namizədin bilik səviyyəsi, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üzrə zəruri olan bacarıqları yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün 960-“Çağrı Mərkəzi”nə müraciət edə bilərsiniz.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×