Çağrı Mərkəzi: 960
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası arasında görüş keçirilmişdir

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası arasında görüş keçirilmişdir

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası arasında keçirilmiş görüşdə Agentliyin İdarə Heyətinin sədri, professor Kamran İmanov ölkəmizin kreativ sənayelərin inkişafı, bu əsnada əqli mülkiyyət hüquqlarının qorunması və Agentliyin bu sahədə gördüyü işlərdən bəhs etdi. O, həmçinin Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının müvafiq təlimatlarından istifadə etməklə ölkəmiz üçün yeni kreativ iqtisadiyyat dövrünün tələblərinə uyğun kreativ sənaye sahələrinin ÜDM-də payının müəyyən edilməsinin məqsədəuyğun olduğunu bildirdi. Bu məqsədlə, Agentlik tərəfindən qeyd olunan təlimatlara uyğun olaraq müvafiq statistik göstəricilərin hazırlanaraq müvafiq qurumlara təqdim edildiyini bildirdi.

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə Federasiyanın fəaliyyət istiqamətləri, perspektiv layihələri haqqında məlumat verərək ölkəmizdə yaradıcı sənaye sahələrinin inkişafı üçün fundamental məsələlərin həllində qurumlararası fəal birgə iş birliyinin vacib olduğunu qeyd etdi və Dövlət başçısının 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən müvafiq tədbirlərin icrasında qabaqcıl beynəlxalq təcrübənin nəzərə alınması ilə birgə əməkdaşlığa Federasiyanın hazır olduğunu bildirdi.

Sonda, qeyd olunan Tədbirlər Planına uyğun olaraq yaradıcı sənayelərin inkişafı üçün müasir normativ hüquqi, statistika bazanın, əqli mülkiyyət, eləcə də idarəetmə üzrə mexanizmlərin formalaşdırılması, həmçinin sahənin inkişafına töhfə verəcək birgə layihə və tədbirlər, həmçinin Agentliklə Federasiya arasında birgə əməkdaşlığa dair sənədin imzalanması barədə razılığa gəlindi.

Mənbə: https://acif.az/%c9%99qli-mulkiyy%c9%99t-agentliyind%c9%99-gorus-kecirildi/

Sənədlərin ONLAYN qəbulu PƏNAHÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51startup1https://azranking.az/TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzZəfərstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×