Çağrı Mərkəzi: 960
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Çin Xalq Respublikasının Milli Əqli Mülkiyyət Administrasiyası arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Çin Xalq Respublikasının Milli Əqli Mülkiyyət Administrasiyası arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il 22-24 aprel tarixlərində Çin Xalq Respublikasında dövlət səfərində olub.

Səfər çərçivəsində aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan və Çin arasında müxtəlif sahələri əhatə edən sənədlərinin imzalanması mərasimi keçirilib.

İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Çin Xalq Respublikasının Milli Əqli Mülkiyyət Administrasiyası arasında Anlaşma Memorandumu” da var. Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin Milli Əqli Mülkiyyət Administrasiyasının rəhbəri Şen Çanyu imzalayıblar.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×