Çağrı Mərkəzi: 960
Azərbaycan və ABŞ arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və ABŞ arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Cari ilin 21 aprel tarixində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Örl Litzenberqer ilə görüşü keçirilib.

Görüşdə dövlət başçısının rəhbərliyi altında ölkəmizdə aparılan institusional islahatlar nəticəsində əqli mülkiyyət sahəsində vahid dövlət qurumu olan Əqli Mülkiyyət Agentliyinin yaradılması, Agentliyin fəaliyyəti və strukturu barədə ətraflı məlumat verilib. ABŞ-nın müvafiq strukturlarının əqli mülkiyyətə aid təqdimat və hesabatlarının, o cümlədən Beynəlxalq Əqli Mülkiyyət Alyansının (International Intellectual Property Aliance) hesabatının və ABŞ-nın əqli mülkiyyət hüquqlarını pozan ölkələrə dair illik “Xüsusi 301 Hesabatı”nın (Special 301 Report) daim diqqətdə saxlanıldığı, Agentliyin səfirliklə əməkdaşlığa xüsusi əhəmiyyət verməsi və hazırda Azərbaycanda ABŞ-nın hüquqi və fiziki şəxslərinə məxsus əqli mülkiyyət obyektlərinin qorunduğu, həmçinin “Microsoft”, “Oracle” və “Trimble” kimi şirkətlərin proqram təminatı məhsullarının ölkəmizdə hüquqi qorunmasına önəm verildiyi vurğulanıb.

Agentliyin ABŞ-nın Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP) ilə birlikdə ölkəmizdə əqli mülkiyyət sahəsinə dair keçirilən tədbirlərin əhəmiyyəti qeyd edilib, bu sahədə ictimai məlumatlılığın artırılması üçün əməkdaşlığın davam etdirilməsinə maraq diqqətə çatdırılıb.

Azərbaycanda əqli mülkiyyətin qorunması sahəsində əldə edilən nailiyyətlərin xoş təəssüratlar yaratdığını qeyd edən səfir Litzenberqer buna görə Əqli Mülkiyyət Agentliyinə öz təşəkkürünü bildirib. O, əqli mülkiyyət hüquqları sahəsində qanunvericiliyin əlverişli investisiya mühiti üçün zəmin olduğunu vurğulayıb və ABŞ səfirliyinin ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunmasının təşviqi sahəsində Əqli Mülkiyyət Agentliyi və digər dövlət qurumları ilə işləməkdən məmnun olduğunu qeyd edib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×