Çağrı Mərkəzi: 960
Azərbaycan və Fransa arasında coğrafi göstəricilərin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Fransa arasında coğrafi göstəricilərin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Fransanın Türkiyədəki səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri cənab Fransua Vieli qəbul edib.

Fransalı qonağı salamlayan K.İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatların uğurla reallaşdırması, o cümlədən əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar barədə məlumat verərək Dünya Bankının «Doing Business - 2019» hesabatında Azərbaycanın 10 ən islahatçı dövlətlər sırasında olduğunu vurğulayıb, Agentliyin ölkəmizdə əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxs olduğunu, əqli mülkiyyət hüquqları sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etdiyini bildirib.

Qəbul üçün təşəkkürünü bildirən və Azərbaycana səfərində ilk görüşü məhz Əqli Mülkiyyət Agentliyində keçirdiyini diqqətə çatdıran cənab F.Viel 35 ildən artıq müddətdə kənd təsərrüfatı sahəsində çalışdığını, Parisdə və bir sıra ölkələrdə, o cümlədən 2007-2012-ci illərdə Rusiyada işlədiyini, eyni zamanda coğrafi göstəricilər üzrə bir sıra layihələrdə iştirak etdiyini söyləyib. O, Fransanın coğrafi göstəricilərin qorunması sahəsində qanunvericiliyi haqqında məlumat verib və belə qorunma sayəsində sahibkarların əldə etdikləri gəlirlər barəsində danışıb.

Ölkəmizin əqli mülkiyyət sahəsində qanunvericiliyinə toxunan K.İmanov sovet dövründə coğrafi göstəricilərin qorunmadığını və müstəqillik qazanıldıqdan sonra “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun hələ 1997-ci ildə qəbul edildiyini, hazırda ölkəmizdə 35 coğrafi göstəricinin qorunduğunu və 13 müraciət üzrə ekspertizanın aparılma mərhələsində olduğunu, coğrafi göstəricilərin qorunması tələblərini pozanlara qarşı inzibati və cinayət məsuliyyətinin nəzərdə tutulduğunu bildirib.

O, Fransa qanunvericilyindən fərqli olaraq Azərbaycanda coğrafi göstəricilərin qorunmasının yalnız kənd təsərrüfatı mallarını deyil, qeyri kənd təsərrüfatı mallarını da əhatə etdiyini vurğulayıb və Naxçıvanın mineral suları, ermənilər tərəfindən özününküləşdirilməyə cəhd edilən kulinariya nümunələrimiz, o cümlədən UNESCO-nun Qeyri-mədəni irs siyahısına daxil edilmiş “dolma” və “kəlağayı”, Abşeron yarımadasında “Zirə pomidoru” və “Zirə zeytunu”, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə olan “İsti su” kimi coğrafi göstəricilərin qorunmalı olduğunu diqqətə çatdırıb, 2018-ci ilin sentyabrında Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Azərbaycanın zəngin mədəni irs nümunələrinin təbliğ edilməsi məqsədilə tədbir keçirildiyini xatırladıb.

Görüşdə coğrafi göstəricilərin qorunması sahəsində qanunvericiliyin uyğunlaşdırılması, təcrübə mübadiləsi üzrə gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparılmışdır.
Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×