Çağrı Mərkəzi: 960
Azərbaycan və Moldova arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Moldova arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ölkəmizdə səfərdə olan Moldovanın Əqli Mülkiyyət üzrə Dövlət Agentliyinin Baş direktoru Eugeniu Rusu ilə görüşüb.

Qonağı salamlayan K.İmanov Azərbaycanın əqli mülkiyyət sistemi, ölkəmizdə həyata keçirilən institusional islahatlar çərçivəsində Əqli Mülkiyyət Agentliyinin yaradılması, Agentliyin fəaliyyəti və tabeliyində olan qurumlar barədə ətraflı məlumat verib.

Qəbul üçün təşəkkürünü bildirən E.Rusu Moldovada əqli mülkiyyət sahəsində aparılan işlərdən danışıb, Azərbaycan təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə əqli mülkiyyət sahəsində iki ölkə arasında ikitərəfli əməkdaşlığın perspektivləri, birgə tədbirlərin təşkil olunması və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonra qonağa Kamran İmanovun müəllifi olduğu əqli mülkiyyətin idarəçiliyi sahəsində Azərbaycan təcrübəsinə dair, habelə müasir dövrdə əqli mülkiyyətin aktual problemləri, o cümlədən müəlliflik hüququnun müxtəlif aspektlərinə həsr olunmuş kitabları hədiyyə olundu.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×