Çağrı Mərkəzi: 960
Azərbaycan və Moldova arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Moldova arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Moldova Respublikası Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi (AGEPI) arasında videokonfrans formatında görüş keçirilib.

Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov və AGEPI-nin Baş direktorunun müavini Andrey Popanın rəhbərliyi ilə baş tutan görüşün məqsədi 2022-ci il 10 oktyabr tarixli Azərbaycan Respublikası və Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın 4-cü iclasının Protokolunun icrasının vəziyyəti və idarələrarası əməkdaşlığın perspektivlərinin müzakirəsi olub.

Görüş çərçivəsində təfəflər arasında sahə üzrə ikitərəfli sənədlərin imzalanması müzakirə olunub. S.Tapdıqov əməkdaşlığın praktiki həyata keçirilməsini ehtiva edən Tədbirlər Planının hazırlanmasına dair işlərin başlanmasını təklif edib, bu təklifi qarşı tərəf müsbət qarşılayıb.

Azərbaycan və Moldovanın coğrafi göstəricilərinin əlaqəli təşviqi, bu istiqamətdə işlərin aparılmasının prioritetləri, bununla əlaqədar biznes maraqlarının qorunmasının vacibliyi məsələlərinə toxunulub. O cümlədən hər iki ölkədə fəaliyyət göstərən müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyətindən bəhs edilib, gələcək əməkdaşlığın qeyd edilən sahələrdə davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin tərəflər arasında əqli mülkiyyət sahəsi üzrə milli qanunvericilik aktlarının mübadiləsi, qarşılıqlı təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×