Çağrı Mərkəzi: 960
Azərbaycan və Rumıniya arasında kollektiv idarəetmə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Rumıniya arasında kollektiv idarəetmə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Əqli Mülkiyyət Agentliyində Rumıniya İfaçıların Hüquqlarının İdarəolunması Mərkəzinin (CREDIDAM) Baş direktoru Ştefan Gheorghiu ilə görüş keçirilib.

Qonağı salamlayan Agentliyin Aparatının rəhbəri Natiq İsayev Azərbaycanın əqli mülkiyyət sistemi və bu sahədə görülən genişmiqyaslı işlər barədə məlumat verib. O, ölkəmizdə aparılan institusional islahatlar nəticəsində əqli mülkiyyət sahəsində vahid dövlət qurumu olan Əqli Mülkiyyət Agentliyinin yaradıldığını qeyd edərək Agentliyin strukturu və fəaliyyət istiqamətləri barədə danışıb.

Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev ölkəmizdə müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilatların fəaliyyəti, əqli mülkiyyət sahəsində maarifləndirmə və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması sahəsində görülən işlər haqqında məlumat verib.

Qəbul üçün təşəkkürünü bildirən Ş.Gheorghiu CREDIDAM təşkilatının fəaliyyətinə toxunub, ifaçıların əmlak hüquqlarının kollektiv idarəolunması, istifadəçi təşkilatlar ilə lisenziya müqavilələrinin hazırlanması prosesi və qonorarın toplanması sahəsində Rumıniya təcrübəsi barəsində ətraflı danışıb.

Görüşdə ölkəmizdə kollektiv idarəetmə sahəsində fəaliyyət göstərən təşkilatlarla CREDIDAM arasında gələcək əməkdaşlıq məsələləri də müzakirə edilib.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×