Çağrı Mərkəzi: 960
Azərbaycanda 3D modelinin daxil olunması ilə ixtira, faydalı model və sənaye nümunələri obyektləri üzrə iddia sənədlərinin materiallarının qəbuluna imkan yaradan sistemin tətbiqinə başlanılır

Azərbaycanda 3D modelinin daxil olunması ilə ixtira, faydalı model və sənaye nümunələri obyektləri üzrə iddia sənədlərinin materiallarının qəbuluna imkan yaradan sistemin tətbiqinə başlanılır

Avrasiya Patent Təşkilatının (APT) 2022-ci ilin sentyabrında keçirilmiş İnzibati Şurasının 41-ci iclasında ixtira və sənaye nümunələrinə Avrasiya patentinin alınması üçün iddia sənədləri verilərkən iddia edilən obyektlərin üçölçülü modellərinin (3D) Avrasiya Patent İdarəsi (APİ) tərəfindən qəbulunun başlanılması haqqında qərar qəbul edilib.

APT-nın İnzibati Şurasının İnformasiya Texnologiyaları üzrə Daimi İşçi Qrupunun 2022-ci il 21 noyabr tarixli iclasında ixtira və sənaye nümunələrinə dair iddia sənədlərinin materiallarına 3D formatda modellərin daxil edilməklə verilməsinə imkan verən “EAPO-ONLINE” sisteminin yenilənmiş versiyası təqdim olunub. İxtiralar və sənaye nümunələrinə patentlərin verilməsi üçün Avrasiya iddia sənədləri APT-nın üzv dövlətlərinin vətəndaşları tərəfindən bu ölkələrin milli patent idarələri vasitəsilə daxil olur. Bunu nəzərə alaraq, materiallara 3D modellərinin daxil olduğu Avrasiya iddia sənədlərinin pilot rejimdə qəbuluna, həmçinin “EAPO-ONLINE” sistemindən istifadə etməklə belə iddia sənədlərinin APT-na göndərilməsinə başlanılması tövsiyə edilib. İşçi qrup APİ-nin milli patent idarələrində bu yeniliyin tətbiqinə köməklik göstərilməsi təşəbbüsünü dəstəkləmiş və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən rəqəmsal üçölçülü modellərin (3D) istifadəsini təmin etmək üçün pilot layihənin reallaşdırılmasına dəstək verilmişdir.

Layihənin icrası çərçivəsində APT-nın üzv-dövlətləri arasında ilk təşəbbüs göstərən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən ixtira, faydalı model və sənaye nümunələrinə dair iddia sənədlərinin qrafik materiallarının 3D model formatında daxil edilməsi planlaşdırılır. Bununla əlaqədar prosesə nəzarət edəcək mütəxəssislər müəyyən edilmiş və zəruri texniki işlər görülmüşdür.

Tətbiq edilən bu yenilik iddia sənədlərinin ekspertiza prosesini xeyli asanlaşdıracaq, iddia edilən obyektin xüsusiyyətlərini daha aydın şəkildə üzə çıxaracaq və nümayiş etdirəcək.

Maraqlı şəxslər 3D modellərin daxil olduğu iddia sənədləri və əlavə materiallar üçün texniki tələblər barədə ətraflı məlumat əldə etmək üçün Əqli Mülkiyyət Agentliyinin 960 - “Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.



Sənədlərin ONLAYN qəbulu PƏNAHÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51startup1https://azranking.az/TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzZəfərstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×