Çağrı Mərkəzi: 960
Azərbaycanda əqli mülkiyyət sahəsində idarəetmə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının diqqət mərkəzindədir

Azərbaycanda əqli mülkiyyət sahəsində idarəetmə  Ümumdünya Əqli Mülkiyyət Təşkilatının diqqət mərkəzindədir

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) “Əqli Mülkiyyət İdarəetməsi və İnzibatçılığı Modelləri” adlı tədqiqat həyata keçirir. Tədqiqatın əsas məqsədi əqli mülkiyyət idarəetməsi və inzibatçilığının müxtəlif formalarını öyrənmək, onların əsas xüsusiyyətləri və dinamikasını təsvir etmək, müsbət təcrübələrin tətbiqini təşviq etmək və əqli mülkiyyət (IP) ofislərinə metodiki yardım göstərilməsi ilə bağlı tövsiyələr verməkdir.

ÜƏMT bu tədqiqatın aparılmasını Almaniyanın Fraunhofer Sistemlər və İnnovasiya Tədqiqatları İnstitutuna həvalə edib. Tədqiqat çərçivəsində dünya üzrə 204 milli əqli mülkiyyət ofisləri arasından tədqiqatın məqsədlərinə cavab verən müsbət təcrübəyə malik 15 ölkə, o cümlədən Azərbaycan Respublikası seçilib.

Tədqiqatın mühüm hissəsi milli əqli mülkiyyət ofislərinin rəhbərləri ilə geniş müsahibələrin keçirilməsidir. Bu məqsədlə qeyd edilən Tədqiqatlar İnstitunun aparıcı mütəxəssisləri professor Nikolaus Tumm və Kristofer Şolts Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanovla geniş müsahibə aparıblar.

10-dan artıq sualı cavablandıran K.İmanov milli əqli mülkiyyət institutunun tarixindən danışıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində ölkəmizin yeniləşməsindən, sosial-iqtisadi islahatların uğurla reallaşdırılmasından bəhs edib, iqtisadiyyatın diversifikasiyasının və innovativ inkişafın tərkib hissəsi kimi əqli mülkiyyət sisteminin təkmilləşməsinə yönəlmiş institusional islahatlar çərçivəsində ölkə başçısının 2018-ci il 20 aprel tarixli, 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin yaradılması barədə müfəssəl məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidentinin bütün sahələrdə həyata keçirdiyi radikal islahatların ideologiyasının əsasını yaradıcı sahibkarlıq, investisiyalar və rəqabət bazarları ilə yanaşı intellektual mülkiyyətin inkişafında innovasiyalara dəstək verilməsi təşkil edir. Təbiidir ki, burada fənlərarası yanaşmadan söhbət gedir. Həmin yanaşma intellektual mülkiyyət kateqoriyası anlayışının yenidən dərk və təsbit edilməsini, iqtisadiyyat, sosiologiya və hüququn qarşılıqlı əlaqələri kimi öyrənilməsini nəzərdə tutur.

Azərbaycanın dövlət başçısı tərəfindən təsdiq olunmuş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı inkişaf planının da göstərilən məqsədlərə xidmət etdiyini bildirən K.İmanov bilavasitə əqli mülkiyyətə innovasiyaların milli ekosistemini formalaşdıran hərəkətverici qüvvə kimi yanaşmanın zəruriliyini diqqətə çatdırıb. O, daha sonra deyib ki, mühafizə sənədlərinin verilməsi funksiyaları çərçivəsində Agentlik öz fəaliyyətini xidmətlərin səmərəliliyini artırmaq, o cümlədən, ixtira və patent fəallığını gücləndirmək, iddia sənədlərinə baxılma müddətinin azaltmaq və müraciət prosedurunu sadələşdirməklə həyata keçirilir. Həmçinin bu sahədə bürokratik maneələrin aradan qaldırılmasına metodiki köməklik göstərilməsini təmin edir.

K.İmanov daha sonra qeyd edib ki, Agentlikdə göstərilən bütün xidmətlərin əsas məqsədlərindən biri daxili transaksiya xərclərinin azaldılması, işin şəffaflığının təmin edilməsi və subyektivliyin aradan qaldırılmasından ibarətdir.

Agentlikdə yaradılan rəqəmsal platforma da patentlərin və əmtəə nişanlarının müştəriləri (müraciət edənlər) arasında “bir pəncərə” prinsipi əsasında təmassız əlaqə yaratmağa və istənilən mənbədən sistemə məhdudiyyətsiz çıxış imkanı yaratmağa xidmət edir.

İdarə Heyətinin sədri bildirib ki, Agentliyin idarəçiliyində belə yanaşmanın üstünlükləri özünü tam doğruldub. O, bunu konkret misallarla əsaslandırıb.

Müsahibədə verilən məlumatlar beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilib. Ekspertlər müsahibənin predmetinə aid mövzulara dair K.İmanovun müəllifi olduğu kitabların və müsahibə ilə bağlı prezentasiyanın mütəxəssislər arasında yayılması üçün onlara göndərilməsini xahiş ediblər.

Müsahibədə ÜƏMT-nın Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri bölməsinin rəhbəri İlya Qribkov və bu təşkilatın digər bölmələrinin mütəxəssisləri iştirak ediblər.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×