Çağrı Mərkəzi: 960
Azərbaycanlı hakim Əqli Mülkiyyət Hakimlərinin Forumunda iştirak edib

Azərbaycanlı hakim Əqli Mülkiyyət Hakimlərinin Forumunda iştirak edib

Bu günlərdə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən Məhkəmələr arasında transmilli dialoqun təşviqi - Əqli Mülkiyyət Hakimlərinin Forumu keçirilib.

ÜƏMT-nin illik Əqli Mülkiyyət Hakimləri Forumu müxtəlif ölkələrin hakimləri üçün innovasiyaların sürətləndirilməsi və əqli mülkiyyətin getdikcə daha çox transmilli istifadəsi nəticəsində ortaya çıxan ən aktual əqli mülkiyyət problemləri üzrə öz təcrübələrinin mübadiləsinin təmin edilməsi məqsədi daşıyır.

Forumda ÜƏMT-nin Baş direktoru, Avropa Ədalət Məhkəməsinin hakimləri, o cümlədən Azərbaycan, Almaniya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Cənubi Afrika Respublikası, Çili, Çin, İrlandiya, Kanada, Koreya Respublikası, Türkiyə, Yeni Zellandiya və s. olmaqla dünyanın 100-dən çox ölkəsinin əqli mülkiyyət məsələləri üzrə mübahisələrə baxan ixtisaslaşdırılmış məhkəmələrinin və Ali Məhkəmələrinin hakimləri iştirak ediblər. Tədbirə onlayn və oflayn formatda 600-dan çox hakim qatılıb.

ÜƏMT-nin Cenevrədəki inzibati binasında keçirilən tədbirin əsas mövzusu əqli mülkiyyət hüququnun müxtəlif obyektləri ilə bağlı məhkəmə mübahisələrinə baxılması, o cümlədən ÜƏMT-nin hakimlərlə işinin təşkili xüsusiyyətləri ilə bağlı idi. Mövzular üzrə müxtəlif ölkələrdən olan məruzəçi hakimlər təqdimatla çıxış ediblər.

Tədbirdə ölkəmizi təmsil edən Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva təqdimatla çıxış edib. O, əmtəə nişanlarının qeydiyyatı ilə bağlı Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmış konkret məhkəmə işləri ilə bağlı məhkəmənin hüquqi mövqeyini tədbir iştirakçılarının nəzərinə çatdırıb, eyni zamanda ölkəmizin ev sahibliyi edəcəyi COP29 tədbiri, işğaldan azad edilmiş ərazilərdə görülən işlər və yaradılan əlverişli mühitlə bağlı məlumat verib və mövzu üzrə verilən sualları cavablandırıb.

Həmçinin hakim Günel Sevdimalıyeva ÜƏMT-nin Beynəlxalq Hakimlər Forumunda çıxışında qeyd edib ki, Əqli Mülkiyyət Agentliyinin qərarları məhkəmə tərəfindən dəstəklənir. Xüsusi olaraq Agentliyin bir neçə qərarını göstərərək bildirib ki, məhkəmə həmin qərarları qüvvədə saxlayraq eyni cür əsaslandırma vermişdir.

Təqdimat Forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×