Çağrı Mərkəzi: 960
Azərbaycannın nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir

Azərbaycannın nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir

İyulun 6-da Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzv-dövlətlərinin Assambleyalarının 64-cü iclası öz işinə başlayıb.

Assambleyalar çərçivəsində ÜƏMT Baş Assambleyasının, eləcə də digər 17 Assambleyanın, Bern İttifaqı İcraiyyə Komitəsinin və ÜƏMT Koordinasiya Şurasının iclaslarının, həmçinin ÜƏMT-nın Konfransının keçirilməsi planlaşdırılıb.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti yuxarıda qeyd edilən tədbirlərdə onlayn formatda və bilavasitə iştirak edir. Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gəray Dadaşov və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov Assambleyalarda iştirak etmək üçün Cenevrə şəhərinə ezam olunublar.

Baş Assambleyanın iclasının birinci günü vəzifəli şəxslərin seçkisi keçirilib. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanov yekdilliklə 180-dək dövləti birləşdirən Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası İttifaqının Assambleyasının sədri seçilib.

1886-cı ildə qəbul edilmiş Bern Konvensiyası əsərlərin və onların müəlliflərinin hüquqlarının qorunması sahəsində ən böyük beynəlxalq müqavilədir.

Qeyd edək ki, K.İmanov 2021-2023-cü illərdə ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin Assambleyasına sədrlik etmişdir.

K.İmanov Baş Assambleyanın iclasına onlayn rejimdə qoşularaq ingilis dilində çıxış edib. O, Azərbaycan Respublikasının nümayəndə heyəti adından ÜƏMT-nin üzv Dövlətləri Assambleyalarının 64-cü silsilə iclaslarının iştirakçılarını salamlayıb və assambleyaların işinə uğurlar arzulayıb.

K.İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə uğurla həyata keçirdiyi radikal islahatların iqtisadi artım ideologiyasının əsasını yaradıcı sahibkar, məhsuldar investisiyalar və rəqabət bazarları ilə yanaşı əqli mülkiyyətin inkişafında, innovasiyalara dəstək verilməsinin təşkil etdiyini vurğulayaraq, sahələrarası yanaşmanın əqli mülkiyyət kateqoriyası anlayışının yenidən dərk və təsbit edilməsini, iqtisadiyyat, sosiologiya və hüququn qarşılıqlı əlaqələri kimi öyrənilməsinin nəzərdə tutduğunu bildirib və xüsusi olaraq qeyd edib ki, dövlətimizin başçısı tərəfindən məhz bu prinsiplər əsasında Əqli Mülkiyyət Agentliyi yaradılıb və onun funksiyaları müəyyən edilib.

Azərbaycan Prezidentinin səyləri nəticəsində ölkəmizin yeniləşməsi, sosial-iqtisadi islahatların uğurla reallaşdırılması, iqtisadiyyatın diversifikasiyasının və innovativ inkişafın tərkib hissəsi kimi əqli mülkiyyət sisteminin təkmilləşməsinə yönəlmiş institusional islahatlar çərçivəsində yaradılan Əqli Mülkiyyət Agentliyi iqtisadiyyatın inkişafına layiqli töhfələr verməkdədir.

Əqli mülkiyyətə dair milli siyasət sənədlərinin müddəalarının ÜƏMT-nin 2022-2026-cı illər üçün ortamüddətli strateji planının qəbul edilməsi ilə əlaqələndirildiyini bildirən K. İmanov ƏM-in milli innovasiya ekosisteminin formalaşmasında hərəkətverici qüvvə kimi nəzərdən keçirildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, müasir dövrdə əqli mülkiyyətinrolu – müvafiq mədəniyyətin aşılanmasından, yaradıcılığın həvəsləndirilməsindən, əqli fəaliyyət nəticələrinin qorunmasından başlayaraq kommersiyalaşdırma dəstəyinə, iqtisadi təhlilin və mühafizə sənədlərininsosial təsirinə qədər innovativ prosesin bütün həlqələrinə xidmət göstərməkdən ibarətdir.

K.İmanov bildirib ki, qorunma sənədlərinin verilməsi funksiyaları çərçivəsində Agentlik öz fəaliyyətini göstərilən xidmətlərin səmərəliliyini və effektivliyini artırmaq,o cümlədən iddiaçıların ixtiraçılıq və patent fəaliyyətinin gücləndirilməsi, iddia sənədlərinə baxılma müddətinin azaldılması, ərizələrin verilməsi prosedurunun sadələşdirilməsi və bürokratik maneələrin aradan qaldırılması yolu ilə qurur. Bununla belə göstərilən bütün xidmətlər daxili transaksiya xərclərinin azaldılması, şəffaflığın, transparentliyinin təmin edilməsi və subyektivliyin aradan qaldırılması nöqteyi-nəzərindən təhlil olunur.

Agentliyin rəhbəri onu da vurğulayıb ki, praktikada bu yanaşma sistemin təkamülünün çağırışlarına adekvat cavab verməyə, yaranan transaksiyaları təhlil etməyə, idarəetmə qərarlarının səmərəliliyini artırmaq üçün hazırlanmış metodoloji qayda və alqoritmləri tətbiq etməyə imkan verir. Bu məqsədlərə nail olmaq üçün patent və əmtəə nişanlarının müştərilərinə (müraciət edənlərə) “bir pəncərə” prinsipi ilə təmassız əlaqə yaratmağa və istənilən mənbədən sistemə məhdudiyyətsiz çıxış əldə etməyə yönələn rəqəmsal platforma - PƏNAH elektron sistemi xidmət edir və iddia sənədlərinin qrafik materiallarının 3D model formatında qəbuluna başlanılmışdır.

K.İmanov startaplar üçün vergi güzəştlərinin verildiyini və "İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” dövlətimizin başçısının Fərmanına əsasən ixtira və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdiriləcəyini bildirib. Qeyd edib ki, bu görülən işlər beynəlxalq miqyasda ixtira və patent fəallığının artırılması məqsədilə həyata keçirilir.

Qeyd edək ki, Assambleyaların keçirildiyi müddətdə Belarus və Qazaxıstan əqli mülkiyyət idarələri ilə Agentlik arasında əməkdaşlığa dair Anlaşma Memorandumlarının imzalanması nəzərdə tutulub.

Assambleyalar çərçivəsində Azərbaycan nümayəndə heyətinin ÜƏMT-nın bəzi struktur qurumları ilə görüşlərinin keçirilməsi də planlaşdırılır.

ÜƏMT-nın üzv-dövlətlərinin Assambleyalarının 64-cü iclası iyulun 14-dək davam edəcək.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×