Çağrı Mərkəzi: 960
Beynəlxalq Əqli Mülkiyyət Günü - 26 Aprel 2019

Beynəlxalq Əqli Mülkiyyət Günü - 26 Aprel 2019

Qızıl uğrunda mübarizə: Əqli Mülkiyyət və İdman

Hər il aprelin 26-da biz Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd edirik. Bu, bizə əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın inkişafında oynadığı rol barədə danışmaq imkanı yaradır.

Daha sürətlə! Daha güclü! Daha yüksək!

Minilliklər boyu idman insanlarda doğurduğu heyranlıq mənbəyi ilə öz qüvvəsini yoxlamaq səylərinə, yarışların cəlbediciliyinin artmasına və adi insanları necə yüksək nəticələr əldə etməyə ruhlandırmağa xidmət edir.

Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan builki kompaniya “Qızıl uğrunda” adlandırılıb və idman dünyasına həsr olunub. Bu kompaniya çərçivəsində innovasiya və yaradıcılığın və onları qoruyan əqli mülkiyyət hüquqlarının bütün dünyada idmanın inkişafına və insanların sevincinə necə dəstək verdiyi göstərilir.

İdmanın dünyəvi cəlbediciliyi onun universal dəyərlərindədir: mükəmməlliyə can atmaq, qarşılıqlı hörmət və ədalətli yarışma. Bu gün yayım sahəsindəki tərəqqi və rabitə texnologiyaları sahəsində qazanılan nailiyyətlər sayəsində istənilən şəxs evindən çıxmadan yer kürəsinin istənilən yerində istənilən vaxtda idman yarışlarını izləyə və sevimli atletlərinə və komandalarına azarkeşlik edib həzz ala bilər.

İdman milyardlarla dollarlıq qlobal sənayeyə çevrilmişdir və bu, obyektlərə (idmandan yayım təşkilatlarına qədər) investisiyalar gətirir, dünyada milyonlarla insanı işlə təmin edir və çoxlarına sevinc bəxş edir.

İdmanın iqtisadi dəyəri əqli mülkiyyət hüquqlarınına əsaslanan işgüzar əlaqələri gücləndirir. Bu isə öz növbəsində, idman təşkilatlarının bizim həzz aldığımız tədbirləri maliyyələşdirməsi və idmanın təşviqini təmin etməsi ilə bu sahənin inkişafını stimullaşdırır.

Biz yeni texnologiyaların və materialların hazırlanması prosesində və atletlərin yeni yüksək nəticələr qazanmasında yeni məşq metodlarının və avadanlıqların hazırlanmasında kommersiya müəssisələrinin patentlərdən və sənaye nümunələrindən necə istifadə etdiklərini görürük.

Biz əmtəə nişanlarının və brendlərin sponsorluq fəaliyyətindən, atributiklərlə ticarətdən və lisenziya sazişlərindən maksimum kommersiya gəliri əldə etməsinə necə kömək etdiyini görürük. İqtisadi dəyəri və bütövlüyü bu əmtəə nişanları və brendlərlə qorunan olimpiya oyunları və dünya çempionatları kimi dünya səviyyəli idman yarışları məhz bu gəlirlər sayəsində maliyyələşdirilir.

Biz idman xadimlərinin brend sahibləri ilə sponsor sazişlərindən necə gəlir əldə etdiklərini və atletlərin öz brendlərindən necə istifadə etdiklərini görürük.

Biz yayım hüququnun idman yarışlarını daha geniş azarkeşlər dairəsi üçün əlçatan edən televiziya, digər kütləvi informasiya vasitələri ilə idman arasında əlaqələrin möhkəmlənməsinə necə kömək etdiyini görürük.

Biz idmanın bütün növlərində inqilabi dəyişikliklərə aparan robototexnika və süni intellekt sahəsində inqilabi texniki tərəqqinin şahidi oluruq.

Builki kompaniya – bu, idman kumirlərimizin nailiyyətlərini və öz innovasiya fəaliyyəti ilə yeni idman uğurları qazanmağa kömək edən və idmanın bütün dünyada cəlbediciliyini yüksəldən bütün şəxsləri qeyd etmək imkanıdır.

Biz hamını idmanın ruhlandırmaq və canladırmaq imkanlarını bizimlə birgə qeyd etməyə, yeni innovasiya fəaliyyətləri yaratmağa və insanları yeni yüksəkliklər əldə etmək üçün birləşməyə çağırırıq.

Öz idman kumirləriniz və dünya idmanında sizi daha çox heyrətləndirən innovasiyalar haqqında bizə danışın və idmanın gələcəyi ilə bağlı baxışlarınızı bizimlə bölüşün.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×