“Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərinin popuri şəklində erməni qarmon ifaçısı Gagik Stepanyan tərəfindən mənimsənilməsi aradan qaldırılmışdır

Erməni qarmon ifaçısı Gagik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərini popuri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və https://www.youtube.com/watch?v=pJ94cvEIymw səhifəsində yerləşdirmişdir. G.Stepanyan mahnıların adlarını və onların müəlliflərinin adlarını qeyd etməmişdir.
Qeyd edilən məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə erməni qarmon ifaçısı Gagik Stepanyan ifası Youtube-nin qeyd edilən səhifəsindən silinmişdir.