Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin kollektivi milli mənəvi dəyərlərimizin, əqli mülkiyyətimizin, maddi və qeyri-maddi mədəni irsimizin dirçəlişinə, zənginləşməsinə və qorunub saxlanmasına misilsiz töhfələr verən, ailə dəyərlərimizin qorunması və möhkəmlənməsində, səhiyyə, təhsil və idmanın inkişafında müstəsna xidmətləri olan Mehriban xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və dövlətçiliyimizin daha da möhkəmlənməsi və xalqımızın rifahı naminə humanist və xeyirxah fəaliyyətində uğurlar arzulayır!