Çağrı Mərkəzi: 960
Bu ilin 9 ayı ərzində Əqli Mülkiyyət Agentliyində 400-dən çox müəllif-hüquq obyekti qeydiyyatdan keçirilib

Bu ilin 9 ayı ərzində Əqli Mülkiyyət Agentliyində 400-dən çox müəllif-hüquq obyekti qeydiyyatdan keçirilib

Cari ilin doqquz ayı ərzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən 292 müəllifin (hüquq sahibinin) və hüquqi şəxsin 412 əsəri qeydiyyatdan keçirilib. Onlardan 110 müəllifin 145 əsəri elektron qaydada qeydiyyatdan keçirilmişdir.

Müəllif hüquqlarının təminatı ilə bağlı məsələlər Agentliyin fəaliyyətində daim diqqət mərkəzindədir. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə nəzarət markalarının tətbiqi müəlliflik hüququnun təminatı və piratçılığa qarşı mübarizə tədbirləri çərçvəsində xüsusi əhəmiyyət kəsb edir. Qanunvericiliyə uyğun olaraq, ölkəmizdə müəlliflik hüququ ilə qorunan məhsullara nəzarət markalarının tətbiqi, o cümlədən Azərbaycan ərazisinə idxal olunan mallara nəzarət markalarının vurulması istiqamətində Agentlik tərəfindən digər dövlət qurumları ilə müvafiq iş aparılır.

2022-ci ilin doqquz ayı ərzində Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən istifadəçilərə 100 min ədədə yaxın nəzarət markası verilib. Nəzarət markalarının əldə edilməsi üçün müraciət edən qurumlar arasında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi, Dövlət Statistika Komitəsi, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi də var.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×