Çağrı Mərkəzi: 960
Dünya İqtisadi Forumunun 2018-ci il üçün nəşr olunan Qlobal Rəqabətlilik İndeksi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin ilkin şərhi

Dünya İqtisadi Forumunun 2018-ci il üçün nəşr olunan Qlobal Rəqabətlilik İndeksi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının  Əqli Mülkiyyət Agentliyinin ilkin şərhi

Dünya İqtisadi Forumunun açıqladığı GCI-2018 üzrə ölkələrin rəqabətqabiliyyətlilik reytinqinə uyğun olaraq, Azərbaycan 69-cu yeri tutub. Qeyd etmək lazımdır ki, reytinqin hesablamaları əvvəllər tətbiq olunan metodikadan xeyli dərəcədə fərqlənən yeni metodika əsasında həyata keçirilmişdir. Reytinq 12 mövqe üzrə tərtib edilir və əqli mülkiyyət mövqeyi nəzərindən 1-ci mövqe - “Təsisatlar” vacib əhəmiyyətə malikdir. “Təsisatlar” mövqeyində “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4.8 bal yiğaraq 36-cı yerdə qərarlaşıb (ötən il 37-ci yeri tutmuşdur). “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB dövlətləri arasında 1-ci yer tutur və müvafiq olaraq Ermənistandan 30, Gürcüstandan isə 54 pillə irəlidədir və Cənubi Qafqaz ölkələri arasında şəksiz liderdir. Müqaisə üçün qeyd edək ki, Rusiya Federasiyası 85-ci, Ukrayna isə - 114-cü yerdədir.

“İnnovasiya” mövqeyi müəyyən dərəcədə əqli mülkiyyətlə əlaqəlidir. Azərbaycan “İnnovasiya” mövqeyi üzrə müvafiq olaraq 85-ci yerdə olan Gürcüstanı və 87-ci yerdə olan Qazaxıstanı qabaqlayaraq, 71-ci yeri tutur. Bu mövqe üzrə Rusiya Federasiyası (36-cı yer) və Ukrayna (58-ci yer) liderlik edirlər.

Azərbaycanın “İnnovasiya” mövqeyi üzrə göstəricilərinin yaxşılaşmasına bu mövqeyə daxil olan patent sahəsində və ticarət markaları sahəsində fəallığın yüksəldilməsinə yönəlmiş tədbirlər kömək etməlidir.

O cümlədən, “Patent ərizələri” və “Əmtəə nişanlarına ərizələr” göstəricilərinə görə Azərbaycan, müvafiq olaraq, 87-ci və 101-ci yeri tutur. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni yaradılmış Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində hazırda bu istiqamətdə, həm də elmi nəşrlərin H-indeksi istiqamətində işlər görülür.

17.10.2018

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×