Çağrı Mərkəzi: 960
Avrasiya Patent Təşkilatı “İxtiraların və sənaye nümunələrinin patentləşdirilməsi məsələlərinə dair Avrasiya Patent Təşkilatının aktlarında faktiki dəyişikliklər” mövzusunda seminar keçirib

Avrasiya Patent Təşkilatı “İxtiraların və sənaye nümunələrinin patentləşdirilməsi məsələlərinə dair Avrasiya Patent Təşkilatının aktlarında faktiki dəyişikliklər” mövzusunda seminar keçirib

2022-ci il 18 oktyabr tarixində Moskva şəhərində Avrasiya Patent İdarəsi (APİ) və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası tərəfindən Avrasiya Patent Təşkilatının (APT) normativ aktlarına edilən son dəyişikliklərlə bağlı “İxtiraların və sənaye nümunələrinin patentləşdirilməsi məsələlərinə dair Avrasiya Patent Təşkilatının aktlarında faktiki dəyişikliklər” mövzusunda onlayn seminar keçirilib.

Tədbirdə APİ-nin mütəxəssisləri “İxtiraların patentləşdirilməsi prosedurunda dəyişikliklər”, ”Sənaye nümunələrinin patentləşdirilməsi prosedurunda dəyişikliklər”, “Avrasiya Patent İdarəsinin elektron xidmətləri və Avrasiya patent sisteminin istifadəçiləri üçün patentləşməprosedurundaolan dəyişikliklər” mövzularında məruzələr ediblər.

Seminarda onlayn formatda APT-nın üzv-dövlətlərinin milli patent idarələrinin əməkdaşları, Avrasiya patent müvəkkilləri, o cümlədən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira, faydalı model və sənaye nümunələrinin ekspertizası şöbəsinin müdirinin müavini-sektor müdiri Sevinc Zeynalova, Kimya sektorunun müdiri Natavan Talışova, İlkin ekspertiza, axtarış və sənaye nümunələri üzrə iş sektorunun müdiri Afət Qasımova həmin sektorun aparıcı məsləhətçi-eksperti Aysel Şahbazova iştirak ediblər.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×